Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb

Yeni Zelandiyada özlərini sahilə atan 100-dən çox qara delfin və afalin delfini tələf olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, insident Yeni Zelandiyanın 680 kilometr cənub-şərqində yerləşən Çatem arxipelaqında qeydə alınıb.

Hadisə yerinə gələn reyncerlər 97 qara delfinin və 3 afalin delfininin ölüsünü aşkarlayıblar. Daha 26 delfin sağ tapılıb. Lakin onlar uzun müddət quruda qaldığı və dənizə dönə bilmədiyi üçün iynə vurularaq yatızdırılıb.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Çatem arxipelaqı sahillərində qara delfinlərin kütləvi intiharı qeydə alınmışdı. Noyabrın 30-da 50-dən çox delfin özünü sahilə atmış, bir həftə öncə isə Yeni Zelandiyanın cənubunda yerləşən Stüart adasında 150 heyvanın analoji ölümü baş vermişdi.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı həkimlərin həyəcanı: “Virus ağ ciyəri ağ vərəq edir” (VİDEO)

SONRAKI XƏBƏR

Kriştiano Ronaldo: “Əvəzolunmaz sehrbaz çox tez getdi”