Hacıqabulda yaşayış yerini tərk edən koronavirusa yoluxan şəxs barəsində cinayət işi açılıb

Hacıqabulda yaşayış yerini tərk edən koronavirusa yoluxan şəxs barəsində cinayət işi açılıb

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan “COVİD 19”-a yoluxan şəhər sakini, 1995-ci il təvəllüdlü İbrahimov Pirhüseyn Elbrus oğlu saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə P.İbrahimov yaşadığı Həmidov küçəsi 1, mənzil 8 ünvana qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət məcəlləsinin 139.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Mənbə: apa.az