Neftçala sakinindən tüfəng götürüldü

Neftçala sakinindən tüfəng götürüldü

Neftçala sakinində silah aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Boyat kənd sakini Ş.Nəsirovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini Q.Osmanov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Mənbə: www.unikal.org