İstanbulda PKK/KCK-ya qarşı antiterror əməliyyatı keçirildi – Şişli bələdiyyə sədrinin müavini də saxlanıldı

İstanbulda PKK/KCK-ya qarşı antiterror əməliyyatı keçirildi – Şişli bələdiyyə sədrinin müavini də saxlanıldı

İstanbulda PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatda 19 şübhəli şəxs saxlanılıb.

Avropa.info xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində PKK/KCK adına fəaliyyət göstərən 25 nəfər haqda həbs qərarı verilib. İstanbul Terrorla Mübarizə Şöbəsinin 28 ünvanda keçirdiyi eynivaxtlı əməliyyatda aralarında Şişli bələdiyyəsi sədr müavini Cihan Yavuz da olmaqla 19 şübhəli şəxs saxlanılıb.

Axtarış zamanı 1 tapança, 1 ehtiyat maqazin və 103 mərmi ələ keçirilib.

Şübhəli şəxslərin polisdə istintaqı davam edir.

Mənbə: avropa.info