Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının keçmiş sədri vəfat edib

Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının  keçmiş sədri vəfat edib

Keçmiş hakim İlham Həsənov dünyasını dəyişib.

Xeberle.com xəbər verir ki, bu barədə "report”a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, təqaüddə olan hakim İlham Həsənov bu gün 68 yaşında vəfat edib.

İ.Həsənov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İ.Həsənov Bakı Şəhər Məhkəməsində hakim, Respublika Apellyasiya Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində cinayət kollegiyasının sədri işləyib. O, işlədiyi müddətdə bir çox bəraət hökmləri çıxıarıb.

Mənbə: xeberle.com