Müəllimin qətli ilə əlaqədar 4 nəfər mühakimə olunacaq

Müəllimin qətli ilə əlaqədar 4 nəfər mühakimə olunacaq

Fransada radikal islamçı müəllim Samuel Patinin paytaxt ərazisində öldürülməsi ilə bağlı istintaq çərçivəsində 4 məktəbli ittiham olunub.

Cebhe.info xəbər verir ki, onlardan üç nəfəri yetkinlik yaşına çatmayan şəxslərdir.

Qətldə ümumilikdə 14 nəfərin iştirak etdiyin bildirilir.

Hadisə oktyabrın 16-sı axşam saatlarında Konflan-Sent-Onorində tarix və coğrafiya fənləri üzrə müəllimin tədris etdiyi məktəbin yanında baş verib.

Cinayətkar onun boğazını kəsib. Təcavüzkar hadisə yerinə gələn polis məmurlarını təhdid etməyə çalışsa da, o, güllələnib. Hadisənin araşdırılması Fransa antiterror prokurorluğuna həvalə edilib. Respublika prezidenti hadisəni terror hücumu adlandırıb.

Alçina Amilqızı

Mənbə: cebhe.info