Aclıq aksiyası keçirən fələstinli azad olundu

Aclıq aksiyası keçirən fələstinli azad olundu

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Qurtuluş Təşkilatına bağlı Əsir İşləri rəhbəri Qədri Əbubəkr İsrailin fələstinli məhbus Mahir əl-Ahrəsi sərbəst buraxdığını açıqlayıb.

Qədri Əbubəkr Ahrəsin İordaniyanın qərb sahilindəki Nablusda yerləşən ən-Nəcah Milli Xəstəxanasına köçürülməsi üçün hazırlıqların görüldüyünü bildirib.

Xatırladaq ki, fələstinli məhkum Mahir əl-Ahrəs İsrailin sərbəst buraxma qərarına cavab olaraq 6 noyabrda 103 günlük aclıq aksiyasına son vermişdi.

Qeyd edək ki, iyulun 27-də işğal altındakı İordan çayının qərb sahilindəki Jenində yerləşən evində İsrail rejimi əsgərləri tərəfindən tutulan Ahrəs Təl-Əviv rəhbərliyinin “inzibati həbs” və özbaşınalıqlarına etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Mənbə: eastnews.org