Gürcüstanda qış istirahət mərkəzləri də BAĞLANDI

Gürcüstanda qış istirahət mərkəzləri də BAĞLANDI

Bu gün alınan qərarlara əsasən Gürcüstanda qış kurortları 31 yanvar tarixinədək bağlanır.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, həmin bölgələrdə otellerin fəaliyyətinə yalnız karantin oteli olaraq icazə veriləcək:

“28 Noyabr - 31 Yanvar tarixlərində xizək kurortları - Bakuriani, Gudauri, Goderdzi və Mestia da sözügedən məhdudiyyətlərə məruz qalacaq. Xüsusilə, otellərin işinə yalnız karantində qalanları təmin etmək üçün icazə veriləcək, eyni zamanda xizək yamaclarının və teleferiklərin işi də dayandırılır”.

Mənbə: publika.az