Yeni doğulan uşağı zibil qutusuna atdı - VİDEO

Yeni doğulan uşağı zibil qutusuna atdı - VİDEO

Türkiyənin İstanbul şəhərində hələ göbəyi belə kəsilməmiş körpə zibil qutusuna atılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Ərazidə tullantı kağız yığan qadın zibil qutusunda uşaq görərək, polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırma zamanı yeni doğulan körpənin öldüyünü müəyyən ediblər.

Körpəni zibil qutusuna atan qadın isə qısa müddətdə saxlanılıb.

 

Mənbə: lent.az