Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb olub

Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb olub

Bakıda baş verən yol-nəqliyyat hadisəsi avtomobil sıxlığına səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunur.

Həmçinin, 3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var.

Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.

Mənbə: apa.az