Beyləqanda qətl törədən və sifariş edənlərin apellyasiya şikayəti təmin edilməyib

Beyləqanda qətl törədən və sifariş edənlərin apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində Beyləqanda qətl törədən və qətli sifariş edən şəxslərin şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Əsədov Şahsuvar Şükür oğlunun və Sadıqova Əzizə Telmanovnanın apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin onların barəsindəki hökmü ı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb. Sonradan məlum olub ki, İ. Fərhadovu həyat yoldaşı 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib, Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.

Mənbə: apa.az