Su krantlarından "odlu su" axdı - VİDEO

Su krantlarından "odlu su" axdı - VİDEO

Çinin Liaoning əyalətində su krantıntlarından axan suyun alovlandığı görüntülər çaşqınlıq yaradıb.

Moderator.az xəbər verir ki, Çinin şimal-şərqində yaşayan yerli əhali əllərini yuduqdan sonra yağlı bir təbəqə yarandığını və su krantlarından yandırıcı maddə axdığını bildirib.

Yerli sakinlərin şikayətindən sonra su borusuna az miqdarda qaz qarışdığı və bunun da suyun alovlanmasına səbəb olduğu ortaya çıxıb.

Görüntülərdə mətbəx və vanna otağına axan suyun yandırıldığı zaman alovlandığı görülüb.

Kamran

Mənbə: moderator.az