Moskva vilayətində 65 yaşdan yuxarı şəxslərin özünütəcridi uzadıldı

Moskva vilayətində 65 yaşdan yuxarı şəxslərin özünütəcridi uzadıldı

Moskva vilayətində 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslərin özünütəcrid rejimi dekabrın 13-dək uzadılıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyovun fərmanında deyilir. Yaşlı insanlara yaşayış yerini tərk etməmək tapşırılıb.

Qeyd edək ki, Moskva vilayətində ümumilikdə 108 mindən çox insanda koronavirusa yoluxma halı aşkarlanıb.

Mənbə: qafqazinfo.az