İranın məşhur nüvə mütəxəssisi öldürüldü

İranın məşhur nüvə mütəxəssisi öldürüldü

İranın tanınmış nüvə mütəxəssisi, fizik Möhsün Fəxrizadə öldürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə İSNA Müdafiə Nazirliyinə istinadən yazıb. O, nazirlikdə vəzifə tuturdu.

Fiziki Dəmavənd yaxınlığında güllələyiblər. Onunla bərabər daha 3 nəfərin öldüyünə dair xəbər var. Fizikin mühafizəçisi də ağır yaralanıb. Şahidlər hadisə yerində partlayış barədə də danışıblar.

Ərəb mətbuatı hadisədə İsrail kəşfiyyatının adını hallandırır.
Xəzər
Cebhe.info

 

Mənbə: cebhe.info