Türkiyədə PKK-nın qadın üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirildi

Türkiyədə PKK-nın qadın üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirildi

Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən PKK/KCK terror təşkilatının qadın üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkənin beş vilayətində keçirilən əməliyyat nəticəsində şübhəli bilinən 16 nəfərdən 13-ü ələ keçirilib. Onların arasında terror təşkilatının illeqal qadın quruluşu Demokratik Azad Qadın Hərəkatının və Xalqların Demokratik Partiyasının (HDP) üzvləri də var.

Digər şübhəlilərin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Mənbə: virtualaz.org