Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub

Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub

Bakı. Trend:

Yaponiya sahilləri yaxınlığında Sakit Okeanda quru yük gəmisi və balıqçı gəmisi toqquşub.

Trend-in məlumatına görə, bu barədə Kyodo agentliyi bildirib.

Məlumata əsasən, hadisə İbaraki prefekturasının Kaşima limanında baş verib.

Dəniz Təhlükəsizliyi İdarəsindən bildiriblər ki, "№ 5 Fudomaru" balıqçılıq gəmisi toqquşmadan sonra aşıb və 12 nəfər suda qalıb.

Onların hamısı xilas edilib. Yaralananlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri isə ölüb.

Yük gəmisində heç kimin xəsarət almadığı qeyd olunur.

Mənbə: az.trend.az