Sumqayıtda bağlı qapı arxasında qalmış azyaşlını FHN əməkdaşları xilas edib

Sumqayıtda bağlı qapı arxasında qalmış azyaşlını FHN əməkdaşları xilas edib

Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Mənbə: sia.az