Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq Qazax rayonuna getməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Sakit Gülməmmədov yaşadığı evə göndərilib, onun barəsində Rayon Polos Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

BAKU.WS

Mənbə: baku.ws