Öz həyətində yıxıldı: anidən sona çatan ömür...

Öz həyətində yıxıldı: anidən sona çatan ömür...

Masallı sakini həyətində yıxılaraq ölüb.

Lent.az -ın məlumatına görə, hadisə noyabrın 26-da rayonun Qarğalıq kəndində baş verib. Belə ki, kənd sakini 38 yaşlı Əliyev Əlizamin Xanhüseyn oğlu yaşadığı evin həyətində anidən yıxılaraq, başı daşa dəyib. Ə.Əliyev hadisə yerindəcə keçinib.

Qeyd edək ki, mərhumun yüksək təzyiqdən əziyyət çəkdiyi də bildirilir.

Hazırda faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: lent.az