Netanyahunun adını çəkdiyi yeganə iranlı alim: Qatillərinə qisas vəd edildi

Netanyahunun adını çəkdiyi yeganə iranlı alim: Qatillərinə qisas vəd edildi

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-mayor Məhəmmədhüseyn Baqeri ölkənin məşhur alimi, nüvə fiziki Möhsün Fəxrizadənin qətlinə görə amansız intiqam vəd edib.

Cebhe.info xəbər verir ki, Baqeri Fəxrizadənin qətlində günahkar olanlara sərt xəbərdarlıq edərək əli olanların amansız qisasla üzləşəcəklərini bildirib. Ayətullah Xomeyninin hərbi müşaviri Hüseyin Dehqan da oxşar şəkildə reaksiya göstərərək günahkarlara “məhvedici cavab” vəd edib.

Hücum edən şəxslərlə alimin mühafizəçiləri arasında toqquşma olduğu bildirilir. Qatillər Fəxrizadənin içərisində olduğu avtomobilə atəş açmazdan əvvəl başqa bir avtomobili partladıblar. Hadisə nəticəsində kimliyi hələ bilinməyən bir neçə nəfər ölüb. Hücum zamanı bir neçə qohumunun da alimin yanında olduğu bildirilir. Fəxrizadə İsrail Baş naziri Binyamin Netanyahunun proqramında sitat gətirdiyi tək iranlı alimdir. İsrail mətbuatı son illərdə ona qarşı sui-qəsd cəhdlərinin uğursuz olduğunu yazır.

Xatırladaq ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.

Alçina Amilqızı

Mənbə: cebhe.info