Xudat sakini dəm qazından boğulub

Xudat sakini dəm qazından boğulub

Xudat şəhərində dəm qazından boğulma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər sakini, 1994-cü il təvəllüdlü Babayev Anar Qurbanəli oğlu dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: apa.az