Şəmkirdə qəza - Ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə noyabrın 27-i saat 13 radələrində Sarıtəpə kəndi ərazisində baş verib.

Rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşub.

Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPİ tərəfindən araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır

SONRAKI XƏBƏR

Yaşadığı evi qanunsuz olaraq tərk edən COVID-19 xəstəsi saxlanılıb