Türkiyədə əməliyyat: 641 nəfər saxlanıldı

Türkiyədə əməliyyat: 641 nəfər saxlanıldı

Türkiyədə PKK/KCK üzvləri və dəstəkçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabr ayının 27-28-də 42 şəhərdə keçirilən əməliyyat çərçivəsində ümumilikdə 641 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Axtarışlar zamanı çox sayda tapança, tüfəng, təşkilata aid sənədlər, dijital materiallar ələ keçirilib.

Mənbə: konkret.az