Bakı. Trend:
Somalinin paytaxtı Moqadişoda intiharçının törətdiyi partlayış nəticəsində ən azı altı nəfər ölüb və səkkiz nəfər yaralanıb.
Trend-in Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hökumət rəsmisi bildirib.
Partlayışın restoranın içində baş verdiyi bildirilir.
"Somalinin Federal Hökuməti günahsız Somaliləri hədəf alan terrorçuların vəhşi hərəkətini qınayır. Ən azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb" - hökümət rəsmisi verdiyi qısa açıqlamada deyib.
Hücuma görə məsuliyyəti terrorçu Əşşabab qruplaşması öz üzərinə götürüb.