Sabiq prezident hava limanında saxlanıldı

Sabiq prezident hava limanında saxlanıldı

Hondurasın sabiq prezidenti Manuel Zelaya Toncontin hava limanında həbs edilib.

Teleqraf.com xəbər verir ki, sabiq prezidentin çantasında 18 min dollar pul tapılıb.

Sabiq dövlət başçısı deyib ki, bu pulun mənşəyi barədə onda məlmuat yoxdur: “Aydındır ki, kimlərsə bunu çantama yerləşdirib. İndiyə qədər 400 dəfə səyahət etmişəm və bilirəm ki, bu qədər pulla getmək olmaz”.

Sabiq prezidentin çantasından çıxdığı pullara görə, bir müddət miqrasiya idarəsi tərəfindən saxlanılıb.
Sonradan Hondurast prokurorluğu bəyan edib ki, sabiq prezident həbs edilməyib.

 

Mənbə: teleqraf.com