Türkiyədə son sutkanın koronavirus statistikası açıqlanıb.
Publika.az xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca bu gün 30 min 103 nəfərin testinin pozitiv çıxdığını, həmin şəxslərdən də 6 min 714-də Covid-19 əlamətlərinin olduğunu bildirib. Son sutkada ölənlərin sayı isə 182 nəfərdir.
Son sutkadakı yoluxma və öüm sayı Türkiyədə indiyədək qeydə alınmış ən yüksək rəqəmlərdir. Hazırda ölkədə 4 min 903 xəstənin vəziyyətinin ağır olduğu qeyd edilib.
Mənbə: publika.az