Hərarət, əzələ və baş ağrıları: Virusa yoluxanlarda ən çox qeydə alınan əlamətlər

Hərarət, əzələ və baş ağrıları: Virusa yoluxanlarda ən çox qeydə alınan əlamətlər

Koronavirusa yoluxma ilə bağlı qeydə alınan rəqəmlər ciddi rəqəmlərdir. Hər kəs virusdan qorunmaqla bağlı tədbirlərə ciddi yanaşmalıdır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-radioloq Ayaz Hidayətov deyib.

Onun sözlərinə görə, hazırda koronavirusun simptomları əvvəlki aylarla müqayisədə fərqlidir. İndi virusa yoluxanlarda daha çox qızdırma, əzələ və baş ağrıları qeydə alınır: "Şəxsi təcrübəmizdə daha çox bunlara rast gəlinir, məsələn, öskürək, boğaz ağrısı şikayətlıəri olmur".

Həkim qeyd edib ki, şübhəli əlamətlər yarandığı halda mütəxəssisə müraciət etmək lazımdır.

O, indiki dövrdə payız mövsümünə uyğun meyvə-tərəvəz yeməyi, yuxu rejiminə diqqət etməyi, qapalı mühitlərdə maska taxmağı, toplu yerlərdən uzaq olmağı tövsiyə edib.

Milli.Az

Mənbə: news.milli.az