Prorektorun oğlunun şəhid olması xəbəri gəldi

Prorektorun oğlunun şəhid olması xəbəri gəldi

Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımovun oğlu baş leytenant Vüsal Kazımov şəhidolub.

Publika.az xəbər verir ki, Lənkəranın Yuxarı Nüvədi kənd sakini olan Vüsal sonuncu dəfə oktyabrın 26-da evlə danışıbmış.
Ailəsinə verilən məlumata görə, son dəfə Daşaltı və Şuşa əməliyyatlarında iştirak edib. Ailəsi uzun müddət idi onu axtarırdı və bu gün Vüsalın gün şəhid olduğu açıqlanıb.

Məlumata görə, şəhidin nəşi tapılıb.

Allah rəhmət eləsin!

Mənbə: publika.az