Öldüyü hesab olunan kişi meyitxanada balzamlama zamanı dirildi - FOTO/VİDEO

Öldüyü hesab olunan kişi meyitxanada balzamlama zamanı dirildi - FOTO/VİDEO

Meyitxanada balzamlama prosesi zamanı kişi özünə gəlib.

“The Standart”ın məlumatına görə, hadisə Keniyada baş verib.

Məlumata görə, Piter Kiqen evdə huşunu itirib və ailəsi onu xəstəxanaya aparıb. Bir neçə saatdan sonra qohumlara bildirilib ki, o, hələ tibb müəssisəsinə gətirilməmiş yolda keçinib.

Lakin xəstəxana rəsmiləri bu ittihamları rədd edərək bildiriblər ki, qohumlar özləri Piteri ölmüş hesab ediblər. Həkimlər müayinə üçün vaxt istəyiblər, lakin qohumları onları işi gecikdirməkdə ittiham edərək, “meyiti” özləri meyitxanaya aparıblar.

Kişi özünə gəldikdən sonra yenidən xəstəxanaya aparılıb. Onun bir neçə gündən sonra xəstəxanadan evə buraxılacağı gözlənilir.

Piterin özü diri olduğu halda meyitxanaya aparıldığını biləndə şoka düşüb.

Mənbə: www.oxu.az