Nazirlə şəkil çəkdirən 4 vəzifəli şəxs koronavirusa yoluxdu

Nazirlə şəkil çəkdirən 4 vəzifəli şəxs koronavirusa yoluxdu

Türkiyədə şəhərsalma naziri Murat Kurumun Samsuna səfərində onuna görüşmüş şəxslərdən 4-nün koronavirus testi pozitiv çıxıb.

Publika.az xəbər verir ki, koronavirusa yoluxan şəxslər Samsunun Bafra qəsəbəsinin bələdiyyə sədri, Ədalət və İnkişaf Partiyasının yerli təşkiatının rəhbəri və daha 2 bələdiyyə sədridir.

Həmin şəxslər dərhal təcrid ediliblər.

Qeyd edək ki, Türkiyədə zəlzələ riski iə bağlı nazir sıx cədvəldə çalışır və ölkə üzrə sökülməli binaların siyahısı hazırlanır.

Mənbə: publika.az