Yol kəsişməsində qəza törədən sürücü piyadalara da xəsarət yetirdi - VİDEO

Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində yol kəsişməsində baş verən avtomobil qəzası nəticəsində piyadalar xəsarət alıb.

Life.ru xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Toqquşma nəticəsində avtomobillərdən biri idarəetməni itirərək yol kənarındakı hasarı yıxaraq piyada keçidinin yaxınlığında dayanan insanlara tərəf hərəkət edib.

Piyadalardan biri qəzadan yayına bilsə də, digəri avtomobilin altında qalaraq xəsarət alıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Harri Potter”in rejissoru illər sonra etiraf etdi

SONRAKI XƏBƏR

Suriyada bir neçə terrorçu zərərsizləşdirdi