5 saatlıq "gizlənqaç": 2 ton marixuana ələ keçirildi

5 saatlıq "gizlənqaç": 2 ton marixuana ələ keçirildi

İspaniya polisi 2 ton marixuana ələ keçirib.
Axar.az xəbər verir ki, Mərakeşdən dəniz yolu ilə İspaniyanın Valensiya şəhərinə qanunsuz yolla marixuana gətirməyə çalışan narkotacirlərlə polis arasında gərginlik yaşanıb.
Bu zaman polis qaçaqmalçıları 5 saata yaxın qovmağa məcbur olub. Çətin əməliyyatdan sonra 66 paketin içərisində gizlədilmiş 2 tonluq marixuana ələ keçirilib.
Gəmidə olan cinayətkar dəstə üzvləri isə polis tərəfindən saxlanılıb.

Mənbə: teref.az