FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır

FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırlanıb.

"Teleqraf.com xəbər verir ki, lövhə dövlət qurumunun rayonda yerləşəcək inzibati binasından asılacaq.

Eyni zamanda rayon mərkəzi sayılan Laçın şəhəri üçün, həm də rayonun ayrı-ayrı kəndləri üçün nişanlar hazırlanıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

 

Mənbə: teleqraf.com