Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır

Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.

Mənbə: sputnik.az