Dövlət Komitəsi: İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır

“İsveçdə yandırılan restoran “Ağdam” restoranıdır, bununla bağlı Komitənin məlumatı var”.

Bunu APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib. O bunun təxribat olduğunu bildirib.

“Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Sığorta şirkəti tərəfindən restorana dəymiş ziyan hesablanır. Hadisə barədə yeni məlumatlar olduqca, ictimaiyyətə çatdırılacaq", - deyə V. Vahidqızı əlavə edib.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsveçdə "Garabag" restoranın yandırılması ilə bağlı məlumat yayılmışdı. İlkin məlumata əsasən, hadisəni ermənilər törədib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycana son 20 ildə dəyən ziyan hesablanmayıb” - Ekspert

SONRAKI XƏBƏR

Cəlilabad xəstəxanasının baş həkimi COVID-19-a yoluxdu