Direktor müavininin məzarlıqda 50 milyonluq xəzinəsi üzə çıxdı (VİDEO)

Direktor müavininin məzarlıqda 50 milyonluq xəzinəsi üzə çıxdı (VİDEO)

Rusiyada məzarlıqlardan birində gizlədilmiş 50 milyon rubl aşkar edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Federasiyası İstintaq Komitəsi məlumat verib və həmin görüntüləri Youtube kanalında yayımlayıb.

Kadrlarda formada olan bir əməkdaşın məzarlardan birinə necə yaxınlaşdığı göstərilir. Sonra kamera masanın üstünə qoyulmuş 5.000 banknot bağlamasını göstərir.

Qeyd edək ki, Kuban elektrik şəbəkəsi şirkətinin baş direktorunun müavininə qarşı açılan cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsində bir "xəzinə” aşkar edilib. Məhkəmə onu 10 milyon rubl rüşvətə görə həbs edib. O, həmin məbləği bir şirkət işçisinə qarşı iddianı ört-basdır etmək üçün səlahiyyətlilərə təhvil verəcəyini bildirib.

Göstərilən məbləğə əlavə olaraq, şübhəlinin evindən və ofisindən 20 milyondan çox rubl, 100 min dollar və onlarla lüks marka bahalı saat ələ keçirilib.

Mənbə: qaynarinfo.az