Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO

Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO

Rusiyanın Kamçatka bölgəsində vulkan püskürüb.

RT-nin məlumatına görə, Rusiyanın Vulkanologiya və Seymologiya İnstitutu bununla bağlı kadrlar yayımlayıb.

Məlumata görə, Klyuçevskaya vulkanı yeddi kilometr hündürlüyə kül püskürüb.

Qeyd edək ki, bu, 24 saatda ikinci püskürmədir.

Aviasiya üçün narıncı təhlükə kodu (həmin ərazinin hava məkanında uçuşa qadağa) elan edilib.

Kül şleyfinin 45 kilometr şiml-şərqə yayıldığı bildirilir.

Mənbə: paralel.az