6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı

6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı

Qəribə hadisə Rusiyada baş verib.

Moderator.az xəbər verir ki, Rusiyada 59 yaşlı adam 6 yaşında olarkən burnuna dəmir pul salıb, lakin anasından qorxduğu üçün bunu ona deməyib.

İllər sonda nəfəs almaqda çətinlik çəkən adam həkimə müraciət edib. Müayinə zamanı yaşlı adamın burnunda dəmir pul qaldığı aşkar edilib. Əməliyyatla burnunda çıxarılan dəmir pulun Sovet hökumətinə aid olduğu məlum olub.

Burun - boğaz cərrahı Elena Nepryakina xəstənin əməliyyatının uğurlu keçdiyini və artıq xəstənin evə buraxıldığını bildirib.

 

 

Mənbə: moderator.az