Bakıda binanın şaxtasına düşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki şəhərində 1 nəfərin binanın şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fəaliyyət göstərməyən dördmərtəbəli binanın sonuncu mərtəbəsində olarkən ehtiyatsızlıqdan binanın şaxtasına düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın şaxtadan çıxarılmasını təmin ediblər. Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Məcburi köçkünlər məcburi şəkildə doğma torpaqlarına qaytarıla bilərmi?

SONRAKI XƏBƏR

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib