Bakıda özünü binadan atan 8 yaşlı qızın atası: "Yayılan xəbərlər yanlışdır"

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atataraq intihar etmişdi.

Metbuat.az xəbər verir ki, mediada guya azyaşlı qızın sərxoş atası tərəfindən otağa qapadılması ilə bağlı iddialar yayılıb. Bununla bağlı azyaşlının atası Vahid Nadirov saytımıza açıqlamasında bildirdi ki, mediada yayılan məlumatlar tamamilə yanlış və əsassızdır:

"Məni ətrafımdakı insanlar çox yaxşı tanıyır. Mən belə bir şey edəcək biri deyiləm. Mediada mənimlə bağlı yayılan xəbərlər yanlışdır".

Qeyd edək ki, hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

3 tələbənin öldüyü qəzanın anbaan görüntüləri - VİDEO

SONRAKI XƏBƏR

Sumqayıtda fəaliyyət göstərən "Rövşən" ritm qrupu Azərbaycanı ritm festivalında təmsil edib