PUTİNİN MÜHAFİZƏÇİSİ ÖZÜNÜ ÖLDÜRÜDÜ –Federal Mühafizə Xidmətində 1 ildə ikinci "intihar"

PUTİNİN MÜHAFİZƏÇİSİ ÖZÜNÜ ÖLDÜRÜDÜ –Federal Mühafizə Xidmətində 1 ildə ikinci "intihar"

Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşı, prezident Putinin cangüdəni Mixail Zaxarov Kreml ərazisində intihar edib.

Novator.az Lenta.ru-ya istinadla xəbər verir ki, Zaxarovun gərgin iş rejimində fəaliyyət göstərdiyi, son iş günü 15 saat növbədə olduğu bildirilir.

Qohumları Zaxarovun ailədə də problemlərə düçar olduğunu, son vaxtlar arvadından ayrı yaşadığını, dekabrda isə boşanmanı rəsmiləşdirməyə hazırlıq gördüyünü söyləyiblər.

Zaxarovun intiharı son bir ildə Federal Mühafizə Xidməti sistemində ikinci özünəqəsddir. Martın 15-də xidmətin əməkdaşı, 24 yaşlı prezident mühafizəçisi Moskva şəhərindəki mənzilində ölü tapılıb. Onun ölümünə başından açılan güllə səbəb olub. İstintaq bunu intihar kimi qeydə alıb.

Mənbə: strateq.az