Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO

Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO

Çində bir təmizlik işçisi düşdüyü kanalizasiya quyusundan 3 gün sonra xilas edilib.

Moderator.az xəbər verir ki, Çinin Yunnan bölgəsində baş verən hadisə zamanı sözügedən şəxs yoldan keçən bir sürücünün diqqəti sayəsində düşdüyü quyudan çıxarılıb.

Kanalizasiya quyusunun yanından keçən sürücü adamın səsini eşidərək quyuya yaxınlaşıb və quyunun kənarında bir barmaq olduğunu görüb.

Xilasetmə əməkdaşlarının səyi nəticəsində quyudan çıxarılan adamın xəstəxanaya aparıldığı və vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Mənbə: moderator.az