Meşə yanğınları UNESCO-nun siyahısına daxil edilən adanın yarısını məhv edib - VİDEO

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Avstraliyanın şərq sahillərində yerləşən Freyzer adasının demək olar ki, yarısı meşə yanğınlarına bürünüb.

Bu barədə “Brisbane Times” nəşri məlumat yayıb.

Yanğınlar oktyabr ayının sonunda turist düşərgəsində yandırılan tonqal nəticəsində başlayıb.

Yerli fövqəladə hallar xidmətindən verilən məlumata əsasən, yanğın 76 min hektar sahəni əhatə edib.

Bu, dünyanın ən böyük qumlu səhrası hesab olunan Freyzer adasının 40 faizi deməkdir.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Xankəndiyə qayıdan ermənilərin SAYI

SONRAKI XƏBƏR

“Ruhlar şəhər” Füzuli: “Ermənilər burada ölülərlə vuruşublar” - VİDEO