“Balıqçı işi”nə görə həbs edilən şöbə rəisi məhkəməyə çıxarılır

“Balıqçı işi”nə görə həbs edilən şöbə rəisi məhkəməyə çıxarılır

“Balıqçı işi” ilə bağlı həbs edilən Fövqəladə Hallar Nazirliyin vəzifəli şəxsi bu gün məhkəməyə çıxarılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs olunan vəzifəli şəxslər müddətin artırılması üçün hakim önünə gətirilirlər.

İstintaq bu gün FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin müdiri Abdulla Abdullayev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib.

A.Abdullayevin həbsdə saxlanılması yaxud azadlığa buraxılmasına bu gün saat 11-də Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

General Nağıyev isə avqustun 8-də ev dustaqlığına buraxılıb.

Qeyd edilən vəzifəli şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar. Balıqçı Xalis Quliyev isə rüşvətin toplanıb A.Abdullayevə verilməsində vasitəçi olub.

Murad Əhməd

Mənbə: qafqazinfo.az