Daha bir türk gəmisinə hücum edildi

Daha bir türk gəmisinə hücum edildi

Qvineyanın paytaxtı Konakri şəhəri yaxınlığında Türkiyə bayrağı altında üzən “Tango Rey” gəmisinə hücum olub.

Publika.az xəbər verir ki, məlumatı “Maritime Bulletin” adlı dənizçiliklə bağlı xəbər portalı yayıb.

Bildirilib ki, gəmi 30 noyabr gecəsi dəniz quldurları tərəfindən ələ keçirilib. Xəbərdə hazırda quldurların gəmidə olduğu vurğulanıb.

Səlahiyyətli şəxslərdən məsələ ilə bağlı hələ ki açıqlama gəlməyib.

Qeyd edək ki, daha əvvəl Aralıq dənizində Avropa İttifaqının keçirdiyi "İrini" əməliyyatlarında türk bayraqlı ticarət gəmisində qanunsuz axtarışlar aparılmışdı.

Zümrüd

Mənbə: publika.az