Yürüşdə saxlanılanlardan birinə hökm oxundu

Yürüşdə saxlanılanlardan birinə hökm oxundu

Orduya dəstək yürüşündə ictimai asayişi pozmaqda ittiham edilərək həbs olunan şəxslərdən birinə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sabunçu rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən Məhəmməd İmanlı 1 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 1 il 6 ay müddətinə həbslə cəzalandırılmasını təklif etmişdi.

Qeyd edək ki, noyabrın 16-da bu yürüşlə bağlı həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov istintaqın təqdimatı ilə ev dustaqlığına buraxılıb.

Murad Əhməd

Mənbə: qafqazinfo.az