COVİD-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanıldılar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-2106” markalı avtomobildə olan sərnişinin COVİD-19 xəstəsi olduğunu aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Göyçay şəhər sakini Abidə Yusifova koronavirus xəstəsi olmasına və ev şəraitində müalicə almasına baxmayaraq, qaydaları pozub yaşadığı ünvanı tərk edərək qohumuna məxsus avtomobillə Göyçaydan Mingəçevir şəhərinə gələrək virusun yayılmasına şərait yaradıb.

COVİD-19 virusunun daşıyıcısı olan Zərdab rayon sakini Elvin Məmmədli də Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqlara rayonlarda qeydiyyatda olduqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

“Bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram”

SONRAKI XƏBƏR

Xüsusi zolaqlar təcili yardım avtomobillərinin gecikmədən hərəkətinə imkan yaradacaq - BNA