Şirvanda piyadanı avtomobillə vurub öldürən sürücü hadisə yerindən qaçıb

Şirvanda piyadanı avtomobillə vurub öldürən sürücü hadisə yerindən qaçıb

 

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan magistralının Şirvan şəhər ərazisində yolu keçən piyadanı avtomobil vuraraq öldürüb. Piyadanın ölümünə səbəb olan sürücü avtomobillə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən sürücünün və piyadanın kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.

Ölən piyadanın meyiti Şirvan morquna yerləşdirlib.

Faktla bağlı araşdıma aparılır.

Mənbə: apa.az