Şəmkirdə qadın zəhərlənib, vəziyyəti ağırdır

Şəmkirdə qadın zəhərlənib, vəziyyəti ağırdır

Şəmkirdə qadın dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könülü kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərova Fərqanə Elxan qızı yaşadığı evin vanna otağında zəhərlənib. Qadın dərhal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib.

Bildirilib ki, xəstənin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: apa.az