Hudeyda yenə hücuma məruz qaldı

Hudeyda yenə hücuma məruz qaldı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Hudeyda şəhərinə Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri aviazərbələr endirib.

Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, aviazərbələr nəticəsində 9 nəfər mülki şəxs həlak olub.

Bundan əlavə onlarla mülki şəxsin yaralandıqları və xəstəxanaya aparıldıqları diqqətə çatdırılır.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org